UEFA-dan Türkiyə və Suriya ilə bağlı qərar

18:59 - 13 Fevral 2023

UEFA Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələ ilə bağlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə baş tutacaq bütün matçları 1 dəqiqəlik sükutla başlayacaq. Bundan əlavə stadionlarda olan reklam tablolarında türk və ərəb dilində "Sizinləyik" yazısı yer alacaq. Futbolçular və hakimlər istəsələr, qollarına qara sarğı bağlaya bilərlər.

 

Qeyd edək ki, bir həftə öncə Türkiyənin 10 şəhərində baş vermiş zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.

Xəbər xətti