Millimizin keçmiş üzvü Türkiyə klubunu tərk etdi

21:46 - 13 Fevral 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü olan Emre Kaplan "Adanaspor"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə 22 yaşsı sol cinah müdafiəçisi instaqram hesabında məlumat paylaşıb. O, "Adanaspor" zəlzələ səbəbindən Türkiyə I Liqasında çıxışını dayandırdığı üçün komandanı tərk edib.

 

Qeyd edək ki, Emre Kaplan müqavilə ilə "Başakşehir"ə məxsusdur. Müdafiəçi "Adanaspor"a mövsümün əvvəlində icarə əsasında keçmişdi. O, Adana təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti