"Milan" "Tottenhem"i, "Bavariya" PSJ-ni məğlub etdi - YENİLƏNİB

01:59 - 15 Fevral 2023

Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəyə start verilir.

 

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. PSJ doğma meydanda "Bavariya"nı qəbul edib. Matç almanların minimal hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə "Milan" evdə "Tottenhem"i eyni hesabla üstələyib.

 

1/8 final mərhələsinin daha iki oyunu sabah keçiriləcək. Növbəti matçlar isə gələn həftə baş tutacaq.

 

Çempionlar Liqası, 1/8 final mərhələsi

00:00. PSJ - "Bavariya" 0:1

Qol: Kinqsli Koman, 53

 

00:00. "Milan" - "Tottenhem" 1:0

Qol: Brahim Dias, 8

Xəbər xətti