"Beşiktaş" zədəli futbolçusunun müqaviləsini ləğv edir

15:49 - 14 Fevral 2023

"Beşiktaş" rəhbərliyi Jozef de Souza ilə yollarını ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, buna səbəb braziliyalı yarımmüdafiəçinin dizindən zədələnməsidir. "Qara qartallar" zədəsi ciddi olan 34 yaşlı futbolçunun yayda bitməli olan müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir. 1-2 günə rəsmi açıqlamanın olacağı bildirilir.

 

Jozef de Souza 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti