"Səbail"in sabiq ulduzu dağıntılar altında qalan futbolçu haqda yazdı

17:27 - 14 Fevral 2023

"Səbail"in kemçiş futbolçusu Maykl Essyen instaqram hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmış "Hatayspor"un futbolçusu Kristian Ahsu barədə yazıb. Qanalı sabiq yarımmüdafiəçi həmyerlisi üçün dua etdiyini bildirib:

 

"Dostum Kristian Atsunun sağ olduğuna ümid edir və onun üçün dua edirəm. Qəlbim bu faciənin qurbanları olan bütün Türkiyə və Suriya xalqı ilə birlikdədir".

 

Kristian Atsu Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində aşan binanın dağıntıları altında qalıb. Hadisədən 9 gün keçməsinə baxmayaraq hələ də 31 yaşlı yarımmüdafiəçi haqda məlumat yoxdur.

 

Qeyd edək ki, Maykl Essyen 2019/2020 mövsümündə "Səbail"də çıxış edib. O, Bakı klubunun heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti