"Beşiktaş" braziliyalı ilə yollarını ayırdı - RƏSMİ

23:00 - 17 Fevral 2023

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Jozej de Souza ilə yollarını ayrıb. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb. Braziliyalı yarımmüdafiəçinin mövsümün sonunda bitməli olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Jozef de Souza karyerasını Çində davam etdirəcək. 34 yaşlı futbolçu "Beijing Guoan"a keçib.

 

Jozef de Souza 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti