"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq

15:50 - 21 Fevral 2023

Türkiyənin "Fənərbaxça" və Rusiyanın "Zenit" klubları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin icraçı direktoru Aleksandr Medvedev məlumat yayıb. Qarşılaşma 23 mart tarixində İstanbulda keçiriləcək.

 

Yoldaşlıq oyunundan əldə edilən gəlirin hamısı Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.

Xəbər xətti