"Beşiktaş"dan zəlzələ qurbanlarına dəstək

13:22 - 26 Fevral 2023

"Beşiktaş" Türkiyə Super Liqasının 14-cü turunun təxirə salınmış oyununda "Antalyaspor"u qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu matçda zəlzələ qurbanları üçün yardım kampaniyası təşkil edəcək. "Beşiktaş" futbolçularının bu qarşılaşmada geyindiyi formalar hərraca çıxarılacaq. Əldə olunan bütün gəlir zəlzələdən ziyan görmüş insanlara bağışlanacaq.

 

"Beşiktaş" - "Antalyaspor" qarşılaşması bu gün Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

 

Qeyd edək ki, 6 fevral tarixində Türkiyənin 10 şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 44 mindən çox insan həlak olub.

Xəbər xətti