Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək

18:07 - 26 Fevral 2023

Türkiyənin "İskenderun" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, II Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Türkiyəki güclü zəlzələnin baş verdiyi şəhərdən olan İskenderunu təmsil edən komanda çempionatda iştirakını davam etdirmək qərarı verib. Levent Şahin də həmin şəhərdən olduğu üçün dəstək məqsədilə klubda pulsuz çalışacaq. 49 yaşlı mütəxəssis "İskenderun"da işləyəcəyi müddət ərzində maaş almayacaq.

 

Qeyd edək ki, Levent Şahin uzun müddət Türkiyə millisində və "Qalatasaray"da Fatih Terimin köməkçisi vəzifəsini icra edib.

Xəbər xətti