Türkiyə Super Liqasında baş məşqçi ayrılığı

22:27 - 26 Fevral 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Alanyaspor" Françesko Farioli ilə yollarını ayırıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilir.

 

Qeyd edək ki, Françesko Farioli 2021-ci ilin dekabr ayından "Alanyaspor"u çalışdırırdı. Komanda 22 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti