"Beşiktaş"ın futbolçusu yenə zədələndi

13:45 - 27 Fevral 2023

"Beşiktaş"ın futbolçusu Raşid Gezzal "Antalyaspor"la matçdan öncə isinmə hərəkətləri zamanı sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 4,5 aylıq zədədən sonra ilk rəsmi oyuna çıxmağa hazırlaşan 30 yaşlı vingerin əzələsində problem aşkarlanıb. Əlcəzairli futbolçu ən zaı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Raşid Gezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti