Tanınmış mütəxəssis Mahir Emrelinin baş məşqçisi ola bilər

17:25 - 28 Fevral 2023

Mahir Emrelinin formasını geyindiyi "Konyaspor"da baş məşqçi istefası gerçəkləşə bilər.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Aleksandar Stanoyeviçi istefaya göndərməyi planlaşdırıb. Komandanı meydanda çıxardığı 5 matçın hamısında məğlubiyyət görən serbiyalı məşqçi yaxın günlərdə istefaya göndəriləcək.

 

"Konyaspor"un baş məşqçisi postuna əsas namizəd Sergen Yalçındır. Konyalılar "Beşiktaş"ın sabiq baş məşqçisinə rəsmi təklif göndərib.

 

"Konyaspor" Türkiyə Super Liqasında 22 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti