"Qalatasaray"da Muslera sevinci

14:50 - 1 Mart 2023

"Qalatasaray"ın qapıçısı Fernando Muslera zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, uruqvaylı qolkiper artıq fərdi məşqlərə start verib. 36 yaşlı "əlcək sahibi" yaxın günlərdə ümumi hazırlıqlara qoşulacaq. Musleranın 17 mart tarixində Super Liqanın "Konyaspor"la səfər görüşündə oynayacağı gözlənilir.

 

Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının 21-ci turnun "Trabzonspor"la matçında (2:1) ayağından zədələnərək meydanı tərk edmişdi.

Xəbər xətti