"Qalatasaray" ispaniyalı ilə yollarını ayıracaq

15:31 - 1 Mart 2023

"Qalatasaray" mövsümün sonunda bir futbolçusu ilə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, söhbət Xuan Matadan gedir. İstanbul təmsilçisi klubla 1+1 illik müqavilə imzalayan ispaniyalı yarımmüdafiəçinin sözləşməsini uzatmayacaq. Ümidləri doğrultmayan 34 yaşlı oyunçu "cim bom"u tərk edəcək.

 

Qeyd edək ki, Xuan Mata "Mançester Yunayted"dən ayrıldıqdan sonra mövsümün əvvəlində "Qalatasaray"a keçib. Təcrübəli yarımmüdafiəçi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 12 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti