"Beşiktaş" Azərbaycanda yoldaşlıq oyunu keçirəcək

10:28 - 3 Mart 2023

"Beşiktaş" Azərbaycanda yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyədə baş vermiş zəlzələnin qurbanlarına dəstək olmaq üçün iki matç keçirməyi planlaşdırır. "Ağ-qaralar" ilk oyunu mart ayında Almaniyada keçirəcək.

 

"Qara qartallar" Azərbaycana aprel ayında səfər edəcək. "Beşiktaş" burada Azərbaycan klublarından biri ilə xeyriyyə görüşündə üz-üzə gələcək.

Xəbər xətti