İstanbul klubu braziliyalı müdafiəçi ilə yollarını ayırdı

17:53 - 6 Mart 2023

Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Junior Kaysara ilə yollarını ayırıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Junior Kaysara 2017-ci ilin yayından "Başakşehir"də çıxış edirdi. 33 yaşlı futbolçu "narıncı-mavilər"in heyətində meydana çıxdığı 200 matçda 2 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti