Türkiyə futbolunun əfsanəsi bu klubla anlaşmağa yaxındır

22:00 - 7 Mart 2023

Abdullah Avcının istefa verməsindən sonra "Trabzonspor" yeni baş məşqçi axtarışına başlayıb.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin rəhbərliyi Türkiyə futbolunun əfsanəsi hesab edilən Sərgən Yalçınla danışıqlara başlayıb.

50 yaşlı mütəxəssisin özünün də, Türkiyə çempionunu çalışdırmağa müsbət baxdığı iddia edilir.

Yalçın buna qədər “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor”u çalışdırıb. Türkiyəli məşqçi 2020/2021 sezonunda “Beşiktaş”la ölkə çempionluğunu qeyd edib.

Xəbər xətti