Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
"Bavariya" doğmam meydanda PSJ-ni qəbul edəcək. Komandalar arasında Fransada keçirilən oyun Münhen təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb. "Milan" isə evdə məğlub etdiyi "Tottenhem"in qonağı olacaq. Hər iki matç Bakı vaxtilə saat 00:00-da start götürəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
00:00 Bavariya (Almaniya) - PSJ (Fransa) 2:0
Qol: Şupo-Motinq, 61, Qnabri, 90
İlk oyun - 1:0
00:00 Tottenhem (İngiltərə) - Milan (İtaliya) 0:0
İlk oyun - 0:1