"Borussiya"nın futbolçusu: "Hakimə görə uduzduq"

11:54 - 8 Mart 2023

"Borussiya" Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Dortmund təmsilçisinin futbolçuları Cud Bellingem və Emre Can açıqlama veriblər. Hər iki oyunçu hakim idarəçiliyindən narazılıqlarını bildirib:

Cud Bellingem: "Çelsi"nin penaltisinin niyə təkrarlandığını başa düşmədim. Bu haqda çox danışıb başıma bəla açmaq istəmirəm. Artıq qərar verildi və biz də bunu qəbul etmək məcburiyyətində qaldıq".

Emre Can: "Məğlub olmağa layiq deyildik, hakimə görə uduzduq. Hakim çox pis idi. Bizimlə danışıq tərzi də çox qeyri-etik idi".

Xəbər xətti