Potter "Çelsi"nin tarixinə düşdü

13:27 - 8 Mart 2023

"Çelsi" Çempionlar Liqası 1/8 final mərhələsinin cavab görüşündə "Borussiya"nı (Dortmund) 2:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Qrem Potter klubun tarixinə düşüb. 47 yaşlı mütəxəssis "Çelsi" ilə 1/4 finala vəsiqə qazanan ilk ingilis məşqçi olub.

"Çelsi" ilk matçda səfərdə "Borussiya"ya 0:1 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, 2019/2020 mövsümündə Frenk Lempard "zadəganlar"ın baş məşqçisi kimi 1/8 fimalda iştirak etmişdi. Komanda həmin vaxt "Bavariya"ya məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırmışdı.

Xəbər xətti