Arda Turan xeyriyyə matçında oynayacaq

15:15 - 8 Mart 2023

2021/2022 mövsümünün sonunda karyerasını başa vuran Arda Turan yaşıl meydanlara qayıdır.

Sportal.az xəbər verir ki, veteran futbolçu xeyriyyə matçında iştirak edəcək. Arda Türkiyədə baş vermiş zəlzələdə evlərini itirmiş uşaqlarla eyni komandada oynayacaq. 

Rəqib isə Muğla bölgəsini təmsil edən "Marmaris 1923" həvəskar klubudur. Qarşılaşma 10 mart tarixində Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Matça giriş pulsuz olacaq. Azarkeşlər özləri ilə gətirdikləri oyuncaqları, topları və digər idman ləvazimatlarını zəlzələ qurbanı olan uşaqlara bağışlayacaq.

Xəbər xətti