Cenk Tosun "Beşiktaş"ın təklifini qəbul etmir

16:51 - 8 Mart 2023

"Beşiktaş"ın hücumçusu Cenk Tosun komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatan forvardla yeni sözləşmə danışıqlarını davam etdirir. Lakin hələ tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Cenk "Beşiktaş"dan illik 2,5 milyon dollar maaş tələb edir. Klub isə ona illik 18+5 mil TL-lik sözləşmə təklif edib.

Türkiyə millisinin üzvünə ABŞ-dan da təklif var. 31 yaşlı futbolçu ilə "Çikaqo Fayr" klubu maraqlanır.

Cenk Tosun cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti