Millinin baş məşqçisi: "Övladlarım Messi və Dibala azarkeşidir"

21:22 - 8 Mart 2023

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni övladlarının Lionel Messi və Paulo Dibalanın azarkeşləri olduğunu etiraf edib.

Sportal.az xəbər verir ki, “Grupo Megavision GMV”yə danışan mütəxəssis övladları barədə bu cür danışıb:

"Uşaqlarımın 11 və 6 yaşı var. Kiçiki Dibala azarkeşidir. O, futbola baxandan bu yana Dibalanın oyununu bəyənir. Böyük övladım isə Messi həvəskarıdır".

Xatırladaq ki, Skaloni DÇ-2022-də Argentina millisini çempion etmişdi. 

Xəbər xətti