"Milan"ın qapıçısı Mayk Menyan “Tottenhem”lə heç-heçə (0:0) oynayıb, Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksələn komandası barədə danışıb.
Sportal.az xəbər verir ki, UEFA-ya açıqlama verən qolkiper turnirin "rossonyerlər" üçün xüsusi olduğunu söyləyib:
"Mən xoşbəxtəm. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Bütün diqqətimiz oyuna yönəlmişdik. Çempionlar Liqası "Milan" üçün xüsusi turnirdir. Bundan sonra oyundan-oyuna irəliləmək lazımdır".
Əlavə edək ki, İtaliya çempionu evdəki görüşdə "Tottenhem"ə 1:0 qalib gəlməyi bacarmışdı.