Ulduz futbolçu "Qalatasaray"a görə Çin klubunun təklifini rədd etdi

17:10 - 9 Mart 2023

"Qalatasaray"ın futbolçusu Dris Mertens Çindən təklif alıb.

Sportal.az xəbər verir ki, belçikalı ulduz Asiya təmsilçisinindən aldığı təklifi rədd edib. 35 yaşlı oyunçu özünü "Qalatasaray"da xoşbəxt hiss edir və karyerasını Türkiyədə davam etdirmək istəyir.

Qeyd edək ki, Dris Mertens mövsümün əvvəlində "Qalatasaray"la 1+1 illik müqavilə imzalayıb. Təcrübəli forvard yaxın günlərdə sözləşməsini 1 il müddətinə uzadacaq. Belçika millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti