FIFA Super Liqa klubuna ağır cəza verdi

18:37 - 9 Mart 2023

FIFA Türkiyənin "Giresunspor" klubuna transfer qadağası tətbiq edib.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin prezidenti Nahid Yamak məlumat verib. "Ağ-yaşıllar" iki transfer pəncərəsi zamanı heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

"Giresunspor"un cəzalandırılmasının səbəbi sabiq futbolçusu Jan Pyerrə olan borcun ödənilməməsidir. Klub braziliyalı hücumçuya 30 gün ərzində 765 min avro ödəməlidir.

Xəbər xətti