Çempionlar Liqası: Həftənin futbolçusu bəlli oldu

22:33 - 10 Mart 2023

"Benfika"nın hücumçusu Rafa Silva Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, portuqaliyalı ÇL-in rəsmi saytında gedən səsvermədə hamını qabaqlayıb.

Rafa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Brügge” ilə görüşdə (5:1) bir qol vurmağı bacarmışdı.

O, Səsvermədə “Çelsi”nini müdafiəçisi Mark Kukurelya, “Milan”ın müdafiəçisi Fikayo Tomori və “Bavariya”nın hücumçusu Tomas Mülleri qabaqlayıb.

Xəbər xətti