"Beşiktaş"ın prezidenti: "Azərbaycan klubları ilə xeyriyyə matçı üçün danışıqlar aparırıq"

12:01 - 11 Mart 2023

"Beşiktaş" Türkiyədə baş vermiş zəlzələnin qurbanlarına dəstək olmaq üçün xeyriyyə matçları keçirəcək.

Sportal.az xəbər verir ki, "qara qartallar" Almaniya və Azərbaycan klubları ilə oyun keçirməyi planlaşdırır. Bu barədə İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi məlumat verib:

"Almaniya və Azərbaycan klubları ilə xeyriyyə oyunu üçün danışıqlar aparırıq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə təşkil olunan oyunlardan gələcək gəlir zəlzələdə zərərçəkənlər üçün xərclənəcək".

Qeyd edək ki, 6 fevral tarixində Türkiyənin 10 vilayətində baş vermiş zəlzələ nəticəsində 47 mindən çox insan həlak olub.

Xəbər xətti