"Qalatasaray" Türkiyə Super Liqasının 24-cü turunda doğma meydanda "Kasımpaşa"nı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" bu nəticə ilə rekorda imza atıblar. "Cim bom" ardıcıl 14 çempionat matçında qələbə qazanıb.
Əvvəlki rekord "Beşiktaş"a məxsus idi. "Qara qartallar" 1959/60 mövsümündə ardıcıl 13 matçda meydanı qalib tərk etmişdilər.
Xallarını 60-a yüksəldən "Qalatasaray" Super Liqanın lideridir. "Aslanlar" ən yaxın izləyicisi olan "Fənərbaxça"nı 9 xal qabaqlayır.
saytlarin hazirlanmasi