Stiven Cerrard Türkiyə klubunu çalışdıra bilər

16:30 - 12 Mart 2023

Türkiyənin "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, son ölkə çempionunu Stiven Cerrard çalışdıra bilər. Bu barədə "Mirror" nəşri məlumat yayıb. 42 yaşlı mütəxəssisin Qara Dəniz təmsilçisi ilə danışıqlar aparmaq üçün İstanbula getdiyi bildirilir.

Stiven Cerrard son olaraq İngiltərədə "Aston Villa"nın baş məşqçisi olub.

Qeyd edək ki. "Trabzonspor"un baş məşqçisi Abdullah Avcı bir neçə gün öncə postundan istefa verib.

Xəbər xətti