Ekvador milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gətirilib.

Sportal.az Ekvador Futbol Federasiyasına istinadən xəbər verir ki, yığma Feliks Sançesə tapşırılıb.

O, bu postda Qustavo Alfaronu əvəzləyəcək.

Sançesin qarşısına 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq tələbi qoyulub.

47 yaşlı mütəxəssis buna qədər Qətər millisini çalışdırıb.