Dünyanın ən perspektivli oyunçularından biri kimi qəbul edilən "Atletiko Paranaense"nin 18 yaşlı hücumçusu Vitor Roke "Arsenal"dan gələn təklifi "Barselona"ya keçmək üçün rədd edib.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, "Arsenal"ın idman direktoru Edu Qaspar Braziliya klubu ilə danışıqlar aparıb.
Amma futbolçu "Barselona"da oynamaq arzusunda olduğunu qarşı tərəfə bildirib.
Kataloniyalılar Roke ilə yay "transfer pəncərəsi” zamanı müqavilə bağlamaq istəyirlər.
“Atletiko” “Barselona”nın 25 milyon avroluq təklifini rədd edib və onu 45 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadıqlarını kataloniyalılara bildiriblər.
saytlarin hazirlanmasi