"Qalatasaray"da Mertens şoku: Konya səfərində oynamayacaq

17:26 - 13 Mart 2023

"Qalatasaray" Türkiyə Super Liqasının 25-ci turunda səfərdə "Konyaspor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. "Sarı-qırmızılar"ın belçikalı hücumçusu Dris Mertens dizində olan zədə səbəbindən Konya səfərində komandaya kömək edə bilməyəcək.

35 yaşlı futbolçu cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" qarşılaşması 17 mart tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti