Braziliya milli komandası Karlo Ançelottini baş məşqçi postuna gətirmək istəyir.
Sportal.az xəbər verir ki, "sambaçılar" hazırda "Real"ı çalışdıran italiyalı mütəxəssislə danışıqlar aparacaq. Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqes aprel ayında Avropaya səyahət edəcək. O, həm "Real" rəhbərliyi, həm də Karlo Ançelotti ilə görüşəcək.
Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayında bitir. İspaniya mətbuatının yazdığına görə "kral klubu" mövsümü titulsuz başa vursa, baş məşqçini istefaya göndərəcək.
saytlarin hazirlanmasi