Almaniyadan imtina edib Türkiyə millisini seçdi

20:40 - 13 Mart 2023

Almaniyanın "Şalke" klubunda çıxış edən Mehmet Aydın milli komanda seçimini edib.

Sportal.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi Türkiyə yığmasında çıxış edəcək. Gənc futbolçu bununla bağlı Türkiyə mediasına açıqlama verib:

"Millinin baş məşqçisi Ştefan Kunts yayda mənimlə əlaqə saxladı və mənim üçün perspektiv təqdim etdi. Bu, qərar verməyimə təsir etdi".

Qeyd edək ki, Mehmet Aydın "Şalke"nin yetirməsidir. O, 2021-ci ilin aprel ayında Bundesliqada debüt edib. Türk müdafiəçi Almaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış edib.

Xəbər xətti