Mahir Emreli: "Mən türkəm, bunu deməyimə ehtiyac yoxdur"

23:05 - 13 Mart 2023

"Konyaspor"da çıxış edən Mahir Emreli Türkiyə mətbuatına açıqla verib.

Sportal.az xəbər verir ki, millimizin üzvü "konyabakis.com" saytına danışıb. 26 yaşlı forvard tezliklə qələbələrin gələcəyini deyib:

"Hücumda kreativ olmalıyıq. Gec-tez qələbələr və qollar mütləq gələcək. Yeni transferlərlə ilk matçımıza çıxdıq. Qələbə qazanmaq istəyirdik. Bu da meydanda görünürdü. Müdafiəyə oturmadan hücum futbolu oynadıq. Deməli bu mübarizə və bu futbol kifayət etmir. Daha çox çalışıb hücumda kreativ olmalıyıq".

Türk dilində müsahibə verən Mahirin jurnalistə cavabı maraqlı olub. O, ailəsində də türkcə danışdığını bildirib:

"Mən zatən türkəm. Bunu deməyimə ehtiyac yoxdur. Biz ailədə də türkcə danışırıq".

Xəbər xətti