"Mançester Siti" və "İnter" növbəti mərhələdə - YENİLƏNİB

02:10 - 15 Mart 2023

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları oynanılıb. 

Sportal.az xəbər verir ki, "Mançester Siti" İngiltərədə "Leypsiq"i sınağa çəkib. Almaniyada oynanılmış ilk görüş 1:1 hesabı ilə yekunlaşmışdı. "Şəhərlilər" rəqibini darmadağın edib.

"İnter" isə Portuqaliyada "Porto" ilə qarşılaşıb. İlk matçı "nerazzura" 1:0 qalib başa vurmuşdu. Səfərdə rəqibi lə 0:0 oynayan İtaliya klubu növbəti mərhələyə adlayıb.  

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

"Mançester Siti" (İngiltərə) - "Leyspiq" (Almaniya) 7:0 

Qollar: Haaland, 23 (p), 24, 45+2, 54, 57, İlkay Gündoğan, 49, De Brüyne, 90+2
İlk matç - 1:1

00:00 "Porto" (Portuqaliya) - "İnter" (İtaliya) 0:0 
İlk matç - 0:1

 

Xəbər xətti