"Beşiktaş" da Azərbaycana gəlir

10:12 - 15 Mart 2023

"Qalatasaray"ın martın 26-da "Qarabağ"la qarşılaşacağı barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, "Beşiktaş" da ölkəmizə gəlməyə hazırlaşır.

İstanbul təmsilçisi Bakıda xeyriyyə matçında iştirak edəcək. Komandanın baş məşqçisi Şenol Güneş dünənki açıqlamasında bu barədə məlumat verib. O, "Sabah"la danışıqlar apardıqlarını və matçın martın 25-26-da keçirilə biləcəyini bildirib.

Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" matçı martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Oyundan gələn gəlir Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün sərf olunacaq.

Xəbər xətti