"Turan Tovuz" kamerunlu forvardla danışıq aparacaq

15:35 - 15 Mart 2023

Bu mövsüm "Turan Tovuz"un aparıcı üzvünə çevrilmiş Runi Eva hazırda bir neçə komandanın transfer siyahısında yer alıb.

Sportal.az saytına verilən məlumata görə, Qərb bölgəsinin təmsilçisi aparıcı hücumçusunu əldən buraxmaq niyyətində deyil.

Bu məqsədlə, yaxın günlərdə kamerunlu hücumçu ilə danışığa başlanacaq. "Turan Tovuz" 26 yaşlı forvardın müqavilə müddətini artırmaq niyyətindədir. 

Kamerunun U-20 yığmasında oynamış Runinin "Turan Tovuz"da qalıb-qalmayacağı rəhbərliyə verəcəyi cavabdan sonra bəlli olacaq. Bu mövsüm 23 görüşə çıxmış forvard 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

O, karyerası ərzində "Çaniya", "Veria", "Asteras", "Trikala", "Keçiörengücü" klublarında oynadıqdan sonra ölkəmizə gəlmişdi. 

Xəbər xətti