"Porto"nun baş məşqçisi Serjio Konseysao Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "İnter"lə 0:0 hesablı heç-heçə edib, turnirdən kənar qalmalarına baxmayaraq futbolçularından razı qaldığını bildirib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan portuqaliyalı İtaliya klubundan daha yaxşı oynadıqlarını söyləyib:
"Hər iki matçda əla oynadıq, ən yaxşı görünən tərəf idik. Amma ən vacib iş qol vurmaq idi ki, onu da bacarmadıq. Futbolçularım əla oyun göstərdilər. Onlardan narazı qala bilmərəm. Cavab matçında "İnter” bizdən cəmi 10 dəqiqə üstün oynadı. Qalan dəqiqələrdə rəqibimizdən daha yaxşı idi. Ancaq təəssüf ki, bu, mərhələ keçməyimizə bəs etmədi".
"Porto" ÇL-in 1/8 final mərhələsinin ilk görüşündə "İnter"ə 0:1 uduzmuşdu.
saytlarin hazirlanmasi