"Turan Tovuz"un gücrü yarımmüdafiəçisi Piruzi Marakvelidze Sportal.az saytına müsahibə verib:
- Son turda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdiniz. Səncə, niyə qalib gələ bilmədiz?
- Düşünürəm ki, matç bizim üstünlüyümüz şəraitində başlamışdı. Bir neçə yaxşı qol epizodumuz yaranmışdı. Doğrudur, hesab bərabərliklə başa çatdı. Sizə deyim ki, bütün xallar bizim üçün vacibdir.
- Qalib gəlməyinizə nə mane oldu? “Qəbələ” güclü idi, yoxsa bəxtiniz gətirmədi?
- Düşünürəm ki, biz qalib gələ bilərdik. Amma bunu bacarmadıq. “Qəbələ” çox yaxşı və hücumameyilli komandadır.
- Mövsümün ilk oyununda “Qəbələ”yə 0:2 hesabı ilə uduzmuşdunuz və sən də qırmızı vərəqə ilə cəzalanmışdın. İlk matçda qırmızı vərəqə almaq yəqin ki, yaxşı deyildi?
- Bəli, xatırlayıram. Çox pis xatirələrdir. Hesab edirəm ki, qırmızı vərəqəyə layiq deyildim. Sonradan komitə tərəfindən təsdiqləndi və müvafiq tədbirlər görüldü. Bu dəfəki oyunda da haqsız yerə sarı vərəqə ilə cəzalandırıldım.
- “Qəbələ”yə qalib gəlsəydiniz, turnir cədvəlində onlara daha yaxın olardınız. Bunu edə bilmədiniz. Bu sizi daha çox peşman etdi?
- Bəli, qələbə ilə turnir cədvəlində “Qəbələ”yə çatacaqdıq. Bu, çox yaxşı olardı, amma bacarmadıq. Nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq.
- Növbəti matçınız “Səbail”ə qarşıdır. Son pillədəki rəqibinizi məğlub edə biləcəksinizmi?
- Biz hər oyuna qələbə üçün çıxırıq. “Səbial”lə görüşdə də mütləq qələbə üçün mübarizə aparacağıq.
- Gürcüstan millisini qarşıda bir neçə oyun gözləyir. Səncə, Vili Sanyol səni milliyə dəvət edəcək? O, Azərbaycan Premyer Liqasına, “Turan Tovuz”a baxır səncə?
- Düşünürəm ki, Sanyol Azərbaycan Premyer Liqasına baxır. Çünki burada Gürcüstan millisinin futbolçuları oynayır. Təbii ki, Sanyol mənimlə maraqlanarsa, çox sevinərəm.
Mirbağırağa
saytlarin hazirlanmasi