"Növbəti mərhələyə adlamaq istədiyimizi göstərdik"

13:32 - 16 Mart 2023

"Real"ın hücumçusu Kerim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Liverpul" üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan fransalı Mersisayd klubu ilə görüşdə zədələnsə də, "Barselona" ilə oyunda meydanda olacaq: 

"Heç də asan oyun olmadı, çətin alındı. Amma biz ilk dəqiqələrdən nə qədər qalib gəlib növbəti mərhələyə adlamaq istədiyimizi göstərdik. Belə də, oldu. Püşkatma? Kiminlə oynasaq da, mübarizə aparmalı, çətinliklərin öhdəsindən gəlməlisən. Müasir futbol belədir. Nə qədər səy göstərməsinin əhəmiyyəti yoxdur. Bizi yalnız qələbə maraqlandırırdı və buna nail olduq. Baldırımdan ağır zərbə aldığım üçün meydanı tərk etdim. Ancaq bazar günü “Barselona” ilə oyuna hazır olacam".
 

Xəbər xətti