"Fənərbaxça" Türkiyə Super Liqasının 26-cı turunda səfərdə "Alanyaspor"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. "Sarı-lacivərtlilər"in müdafiəçisi Atilla Salai cəza, Luan Peres, Linkoln Enrike və Mişi Matşuayi isə zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Alanyaspor" - "Fənərbaxça" görüşü sabah Bakı vaxtilə saat 20:00-da baş tutacaq.
saytlarin hazirlanmasi