Selçuk İnan istefaya göndərildi

19:11 - 18 Mart 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Kasımpaşa" Selçuk İnanla yollarını ayırıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yaxın zamanda rəsmi açıqlama ediləcəyi bildirilir.

Qeyd edək ki, Selçuk İnan 2022-ci ilin noyabr ayında "Kasımpaşa"nın baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi 38 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 12 Super Liqa matçında 3 qələbə qazanıb, 2 heç-heçə edib, 7 dəfə isə məğlub olub.

Xəbər xətti