Mahir "Konyaspor"un növbəti matçında iştirak edəcək

10:59 - 21 Mart 2023

Bir müddət əvvəl zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən Mahir Emreli "Konyaspor"un Türkiyə Superliqasındakı növbəti matçında iştirak edə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emrelinin zədəsi ciddi deyil və o, gözlənildiyindən tez sıraya dönəcək.

Mahirin Superliqanın 27-ci turunun martın 26-da “Ümraniyespor”la keçiriləcək matça hazır olacağı gözlənilir.

Xəbər xətti