Derbi öncəsi "Fənərbaxça" 3 hücumçusunu itirdi

16:11 - 21 Mart 2023

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçuları Coşua Kinq və Enner Valensiya sıradan çıxıb. Hər iki forvard Super Liqanın 26-cı turunun "Alanyaspor"la matçında (3:1) zədələnib.

Valensiya 1 ay yarım yaşıl meydanlardan uzaq qalacaq. Kinq isə 4-5 həftə sonra komandaya kömək edə biləcək.

"Fənərbaxça"nın digər hücumçusu Mişi Batşuayi isə Avropa Liqa 1/8 final mərhələsinin "Sevilya" ilə cavab görüşündə (1:0) zədələnmişdi. Belçikalı qolçu ən yaxşı halda 1 ay sonra məqşlərə başlaya biləcək.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasının 27-ci turunda doğma meydanda "Beşiktaş"la qarşılaşacaq.

Xəbər xətti