Avstriya millisinin lideri Azərbaycana qarşı oynayacaq?

16:48 - 21 Mart 2023

Zədə səbəbindən 1 aydır ki, "Real"a kömək edə bilməyən David Alaba Avstriya millisinin düşərgəsinə qoşulub.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi dünəndən etibarən yığma ilə birlikdədir. Kapitanın Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan və Estoniya ilə görüşlərində meydanda olacağı gözlənilir.

Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycan millisi ilə, 27-də isə Estoniya ilə qarşılaşacaq.

Xəbər xətti