Türkiyə millisi Ermənistanda dəstəksiz qalacaq

17:07 - 21 Mart 2023

Türkiyə millisi Avro-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində səfərdə Ermənistanın qonağı olacaq.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular" səfər matçında dəstəksiz qalacaq. Türk azarkeşlərin stadiona girişinə icazə verilməyəcək. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Buna baxmayaraq matç üçün Türkiyədə xatirə bilətləri satışa çıxarılacaq. Həmin biletlərin satışından əldə olanan gəlir zəlzələdən əziyyət çəkən insanlar üçün keçirilən yardım kampaniyasına bağışlanacaq.

Qeyd edək ki, Ermənistan - Türkiyə qarşılaşması 25 mart tarixində, Bakı vaxtilə saat 21:00-da, Vazgen Sarqsyan adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti