Bu gün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Sportal.az xəbər verir ki, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millimizin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayb.
Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.
Avro-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, 3 gün sonra isə Solna şəhərində yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi