"Qalatasaray"ın futbolçusu baş ağrısına görə Türkiyə millisindən kənarlaşdırıldı

19:30 - 21 Mart 2023

Avro-2024-ün seçmə mərhələsinin oyunlarına hazırlaşan Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Abdulkərim Bardakçı heyətdən kənarlaşdırılıb. Buna səbəb 28 yaşlı futbolçunun üç gündür baş ağrısından şikayətlənməsi olub. Məlumatı milli komandanın mətbuat xidməti yayıb. Oyunçu müalicəsinə klubunda davam edəcək.

Qeyd edək ki, Türkiyə yığması 25 mart tarixindən səfərdə Ermənistanın qonağı olacaq. "Ay-ulduzlular" 3 gün sonra isə evdə Xorvatiya seçməsi ilə qarşılaşacaq.

Xəbər xətti